Bu cür müşavirələr yeni “yol xəritəsi”nin cızılması üçün imkanlar yaradır - ÖZƏL

"Bu cür müşavirələr adətən həm hesabat xarakteri daşıyır və həm də ölkənin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi, yeni "yol xəritəsi"nin cızılması üçün imkanlar yaradır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri  Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Cənab Prezident sözügedən müşavirələrin vasitəsilə ötən müddət ərzində görülmüş işlərin, qarşıya qoyulmuş  məsələlərin həllinin gedişi ilə bağlı bir növ monitorinq aparır: "Həmçinin hesabat müşavirələri Cənab Prezidentə hökumətin qarşısında qoyulan vəzifələrin icrası prosesinə, ayrı-ayrı dövlət qurumlarının əldə etdikləri nəticələrə mütəmadi nəzarət mexanizmini formalaşdırmağa imkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31