Bu il ölkəmiz üçün uğurlu olacaq - ÖZƏL
12 İyul 2023 14:38 Siyasət"Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Cənab Prezidentin geniş və əhatəli çıxışından bir daha aydın oldu ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət düzgün istiqamətdədir və bu əldə edilən nəticələr də məhz uğurlu siyasətin təcəssümüdür". Bu fikirləri Iqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, cari ilin 6 ayında əldə edilən nəticələr bu ilin sosial-iqtisadi baxımdan Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir:
"Prezidentin müşavirədəki çıxışından aydın oldu ki, ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edir və qeyri-neft sektorunun sənaye sahəsində artım müşahidə olunur. Statistikaya əsasən, cari ilin 6 ayında ölkədə qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru isə 3 faizdən çox artıb".