Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb - YENİ GÖRÜNTÜLƏR - VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində düşmənin mövqelərinin məhv edilməsinin yeni görüntülərini yayıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, görüntülərdən məlum olur ki, gecə döyüşü zamanı ermənilərin hərbi hissəsinin qərargahına "Harop" pilotsuz uçuş aparatından dəqiq zərbələr endirilib.

Eyni zamanda düşmənin silah-sursat anbarı "Harop" vasitəsi ilə dağıdılıb.

Gündüz döyüşləri zamanı isə ermənilərin dayaq məntəqəsi və avtomobili "Harop" vasitəsi məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31