Azərbaycan ordusunun modernləşdirilməsi hər zaman prioritetdir - ÖZƏL

"Müharibə başa çatsa, Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də, lakin hərbi qüdrətimizi hər an artırmağa, daha güclü, qüdrətli olmağa ehtiyacımız var. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə geniş və məzmunlu çıxışı zamanı diqqət çəkdiyi əsas məsələlərdən biri də bu idi". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib.  İctimai Birlik sədri deyib ki, dövlət başçısının da müşavirədə qeyd etdiyi kimi beynəlxalq münasibətlər sistemində qaydaların pozulduğu, beynəlxalq hüququn işləmədiyi  işləmədiyi, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə məhəl qoyulmadığı beynəlxalq hüququn təminatçısı rolunda çıxış edən böyük dövlətlər tərəfindən bu hüququn pozulduğu bir dövrdə güclü olmaq zərurətə çevrilir:

"Güclü olmağın yolu isə təbii ki, ordunun, hərbi qüdrətin möhkəmləndirilməsindən keçir".

Arzuman Muradlı bildirib ki, 44 günlük müharibədən sonra da ordunun modernləşdirilməsi istiqamətində lazımı addımlar atılır, onun daha müasir silah-sursat, hərbi tüexnika ilə təmin olunması həyata keçirilir: 

"Dövlət başçısının dediyi kimi bu gün Azərbaycanın öz maraqlarına uyğun siyasət yürütməsi, heç kimin qarşısında əyilməməsi və heç bir qüvvənin iradəsinə tabe olmaması Azərbaycanın gücü, onun qüdrətli ordusunun mövcudluğundan irəli gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31