Prezidentin cəmiyyətə və təyin etdiyi kadrlara vacib mesajları
12 İyul 2023 11:43 SiyasətHər dəfə olduğu kimi bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə də bir sıra diqqət çəkən məqamları ilə yadda qaldı. Müşavirədə geniş və ətraflı şəkildə çıxış edən prezident İlham Əliyev iqtisadi sahədə əldə edilən nailiyyətlərlə yanaşı, siyasi sahədə atılan addımlar, eləcə də Qarabağ ətrafında cərəyan edən proseslər, ən əsası bir müddət əvvəl Gədəbəy rayonunun Söyüdlü kəndinə baş verənlərlə bağlı fikirlərini ifadə etdi, vacib mesajını həm cəmiyyətə, həm də bəi qurumlara çatdırdı. Sözügedən müşavirə də orada dövlət başçısının çıxışına diqqət çəkən politoloq Ramin Əhmədov deyib ki, Сənab Prezident növbəti dəfə nümayiş etdirdi ki, milli maraqlarımız onun fəaliyyətionin əsas qayəsini təşkil edir və o, bu xüsusda hər hansı güzəştlərə getmir: "Bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının çıxışı qeyd etdiyim həqiqəti bir daha açıq-aydın çəkildə ortaya qoydu. Hər halda, onun təkcə Gədəbəyin Söyüdlü kəndində baş vermiş məlum hadisə barədə fikirləri, xarici şirkətlərin fəaliyyəti, eləcə də ekoloji mühitin qorunmasının vacibliyi barədə dedikləri kifayət etdi ki, Azərbaycan Prezidentinin xalqın yanında olduğunu, ümumxalq maraqlarının keşiyində qətiyyətlə dayandığını və bu məsələlərdə heç kimə güzəştə getmədiyi hər kəsə aydın olsun. Cənab Prezidentin çıxışının Söyüdlü hadisəsilə bağlı hissəsinə bir daha diqqət edək:
"Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".
Göründyü kimi, dövlət başçısı xalqın sözünü deyib, insanları narahat edən məsələlərə biganəliyin yolverilməzliyuindən danışıb". Ramin Əhmədov deyib ki, belə yanaşma, cənab Prezidentinin çıxışlarında həmişə əsas yer tutur: "O həmişə məmurları xalqın içində olmağa, insanları qayğılandıran məsələlərə laqeyd yanasmamağa çağırır. Ümumiyyətlə, İlham Əliyevə olan xalq sevgisinin kökündə dayanan amillərdən biri də onun vətəndaşın yanında olması gerçəkliyidir. Bu da onun "Mən hər bir azərbaycanlının prezidenti olacam" bəyanatının reallıqdakı əksidir. Bununla yanaşı, cənap Prezident intizamsızlıq, qanuna itaətsizlik xüsusunda da prinsipial mövqedə dayanır. O, çıxışında Söyüdlü sakinləri arasında təxribatçı cəhdlərin təsiri altına düşənlərin davranışını da qınadı:
"Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar".
Göründüyü kimi, cənab prezident insanları narahat edən məsələlərə həmişə olduğu kimi həssas münasibət göstərib, Lakin o öz çıxışında onu da hər kəsə aydın etdi ki, qanunlara və qanun keşikçillərinə sayğıda qüsura yol verənlərə qarşı barışmaz mövqedə dayanıb.
Dövlət başçısının çıxışındakı diqqətşəkən məqamlardan biri də onun Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı didklərəri idi".
Ramin Əhmədovun sözlərinə görə, Cənab prezident açıq və aydın şəkildə bildirdi ki, onlar burada təbiətimizi məhv etmək hesabına pul qazanmamalıdırlar: "...Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun..."
Cənab Prezident bununla bütün xaruici şirkətlərə o ismarışı göndərdi ki, onun üçün ölkənin ekoloji vəziyyəti, hətta bir kənd adamının rahat yaşayışı və fəaliyyəti hər şeydən önəmlidir.
Ümumiyyətlə, onu da qeyd etməliyik ki, İlham Əliyevin heç bir çıxışı sadəcə çıxış xatirinə olmur. Onun hər bir nitqi konseptual xarakter daşıyır. Hesab edirəm ki,cənab Pfrezidentin 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı istiqamətlər üzrə ayrı-ayrılıqda təhlil edilməli və bu çıxış əsasında sahələr üzrə fəaşliyyət planları hazırlanmalıdır. Bir çıxışda o qədər istiqamət var ki, hamısı təhlil tələb edir. Məsələn, beynəlxalq münasibətlər, ordu quruculuğu, iqtisadiyyatın dayanıqlı inkişafı və maliyyə imkanlarımızın artması, Qarabağ və Şərqi Zəngəzu iqtisadi zonalarının qurulması, məcburi köçkünlərin öz yurd-yuvalarına köçürülməsi, enerji potensialımız, yeni yataqların ürəkaçan gösrəciləri, eləcə da dixili siyasətə dair bir çox məsələlər.
Yekun olaraq onu da deyim ki, əsl xalq adamı necə olmalıdırsa, hansı keyfiyyətləri özündə birləşdirməlidirsə, İlham Əliyevin xarakterində onların hamısı cəmləşib. Xoşbəxt xalqıq ki, onun kimi lidderimiz var!".
Süleyman