Paşinyan Blinkenlə Azərbaycanı müzakirə etdi
11 İyul 2023 20:51 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan rəsmi "Twitter" hesabından məlumat verib.
Paşinyan Blinkenlə telefon danışığı barədə yazıb:
"Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31