Prezident: Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq

Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq, çünki qonşu ölkələrdən sifarişlər gəlir.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Gəmiqayırma zavodumuzun mövcud daşıma imkanlarına hesablandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31