Prezident: Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz
11 İyul 2023 19:11 SiyasətMənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Ölkəmizin həmişə hüququn, o cümlədən beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, biz həmişə ədalətin tərəfdarı idik, bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq, beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31