İlham Əliyev: Azərbaycanın xarici borcu cəmi 6,7 milyard dollardır
11 İyul 2023 18:48 SiyasətBir neçə il bundan əvvəl biz qarşıya hədəf qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun. Biz artıq bu hədəfə də çatdıq.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlətimizin başçısı bildirib ki, mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31