Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan dövlətinə cavab verməlidir - ÖZƏL
11 İyul 2023 12:57 SiyasətDövlət Sərhəd Xidmətinin yaydığı rəsmi məlumata əsasən, Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Buna səbəb məntəqədən hərəkət edən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeyri-qanuni daşımalar həyata keçirməsi, qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmasıdır.
"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Ramiz Aslıyev deyib ki, "Laçın" dövlət sərhədində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin qaçaqmalçılıqla məşğul olması təəssüf doğrurur:
"Təşkilatın Ermənistanda fəaliyyət göstərən nümayəndəliyi həmin ölkənin hüquq- mühafizə orqanlarının təsir dairəsinə düşərək öz vəzifə borclarını unudub qaçaqmalçılıq etməsi və qeyri-qanuni hərəkətlərə yol verməsi qınanılmalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan dövlətinə cavab verməlidir!".