BQXK-nin rəzilliyi - ÖZƏL
11 İyul 2023 12:41 Siyasət"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeyri-qanuni əməlləri, öz humanitar missiyasını kobud şəkildə pozaraq qaçaqmalçılıq fəaliyyətləri ilə məşğul olması barədə məlumatlar hələ bir neçə aylar əvvəl Azərbaycana məlum idi. Şuşa-Xankəndi yolunda Azərbaycanın ekofəalları və vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya zamanı BQXK avtomobilləri vasitəsilə separatçılara qeyri-qanuni yolla daşımalar həyata keçirildiyi barədə dəfələrlə rəsmi Bakı öz narazılığını ifadə etmişdi. Ancaq təəssüflər olsun ki, sözügedən Komitə səhvini düzəltmək əvəsinə, qeyri-qanuniu hərəkətlərinin miqyasını daha da genişləndirib. Ən son Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumat və ortada olan video materiallar BQXK-nin əslində nə işlə məşğul olduğunu ortaya qoydu". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, DSX-nin yaydığı məlumatlar, videogörüntülər BQXK-nin iç üzünü açmış oldu və sözügedən Komitənin reallıqda nə işlə məşğul olduğu ortaya çıxdı:
"Bu BQXK-nin rəzilliyidir. Görün bu boyda təşkilat, dünyada hörmət, izzətlə yanaşılan qurum nəylə məşğul olub. Bu fəaliyyət BQXK-nin adına ləkədir".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Azərbaycan kimi digər ölkələr də bundan sonra BQXK-nin fəaliyyətini təftiş edəcək, onun qeyri-qanuni, missiyasından kənar fəaliyyətlərini üzə çıxarıb komitənin qanunsuz əməllərini ifşa edəcəklər.