İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb - ANAMA
10 İyul 2023 19:09 SiyasətAzərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
Olaylar.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, iyulun 3-dən iyulun 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 271,82 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31