Makronun başı dərddə: ermənilərlə görüşdə Azərbaycan Prezidenti ilə bağlı onları belə aldatdı – VİDEO
10 İyul 2023 18:23 Siyasət"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Həftə" analitik proqramında Fransa Prezidenti Emmanuel Makronun ünvanına tənqidi fikrlər səsləndirilib.
QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, proqramda bildirilib ki, ötən həftə erməni icması ilə görüşdə Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə təzyiqlər etməsi barədə söylədiyi fikrlər fiaskoya düçar olub. Bu isə Makronun nə dərəcədə aciz durumunun sübutudur.
QSC sədri və tanınmış teleaparıcı Rövşən Məmmədov bildirib ki, Makronun bu siyasətinin qarşısını alan, həm də etdiyi cəhdləri bumeranq kimi bir-bir, özü də daha ağır formada ona yönəldən bir güc var və o gücün adı Prezident İlham Əliyevdir.
R.Məmmədov bildirib ki, Makron isə bu gücə güc gəlməyə çalışır: ""Azərbaycan Prezidentinə təzyiqlər etdim" deyirsən. Sən əsl təzyiqin nə demək olduğunu hələ bundan sonra biləcəksən, Makron!".
Həmin süjeti təqdim edirik: