İran bunlara əməl etməlidir - ÖZƏL

İran Azərbaycanla münasibətləri normallaşdırmağa qərar verib. Bu ölkədəki səfirliyimizə terror hücumundan sonra ilk dəfə baş tutan yüksək səviyyəli görüşdə İran rəsmilərinin, xüsusilə xarici işlər nazirinin Azərbaycanla bağlı söylədiyi fikirlər belə qənaət formalaşdırır.
Məsələ ilə bağlı "OLAYLAR"-a açıqlama verən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muraddı deyib ki, İran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə bir sıra vacib məqamlara diqqət yetirib onlara əməl etməlidir:
"Tehran ilk növbədə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qeyd-şərtsiz qəbul etməlidir. Həmçinin, cənub qonşumuz Azərbaycanın daxili işlərinə qarışmağa son qoymalıdır. Paralel olaraq İran Azərbaycandakı casus şəbəkəsini yığışdırıb öz ayağına bağlamalıdır".
Arzuman Muradlı onu da deyib ki, xüsusilə, Tehran bu ölkədəki Azərbaycan səfirliyinə edilən terror hücumunu obyektiv araşdırmalı, terraktı törədən şəxsin ciddi şəkildə cəzalandırılmasını və bu barədə Azərbaycan tərəfinə izahat verməsini təmin etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31