Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb - ÖZƏL

"Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb. Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik". "OLAYLAR" xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir: "Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir. Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası vardır".

Əli İbrahimov deyib ki, müasir dövrdə insanın və bütövlükdə cəmiyyətin həyatında milli dəyərlərə böyük önəm verilməsi, həqiqətən, vacibdir: "İnsan və cəmiyyətin davamlı inkişafı, rəqabətəqabil şəxsiyyətin yetişdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə apara bilən vətəndaşın formalaşdırılması təhsillə, təlim-tərbiyə işinə son dərəcə ciddi elmi yanaşmalarla bağlıdır. Bu baxımdan dini radikalizmə və ekstremizmə qarşı mübarizədə hər bir elmi bilikli vətəndaşlarımızın böyük rolu vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31