Azad edilən torpaqlarımız Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir

30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlarımıza məcburi köçkünlərin köçürülməsi siyasi, strateji və mənəvi əhəmiyyət daşıyır. Azad edilən torpaqlarımız dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Həmin ərazilər qarış-qarış yenidən qurulur və bərpa edilir. Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir. Keçmiş münaqişənin həlli xarici siyasətin üfüqlərinin genişləndirilməsində mühüm rol oynayır. Bu gün ölkənin nüfuzu getdikcə artır. Əminik ki, uzun illər qazanılan nailiyyətlərə görə ulu öndərin ruhu şaddır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31