Ceyhun Bayramov ona diplomatik rütbə verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib
8 İyul 2023 20:40 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Twitter" hesabında paylaşım edib.
"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31