"AKINCI silahlı PUA idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib - FOTO

Olaylar.az xəbər verir ki, Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində Türkiyənin Baykar Müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Buraxılış mərasimi Baykar şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, kursun müəllim və rəhbər heyəti ilə bərabər Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları da iştirak ediblər.

Mərasimdə kursu müvəffəqiyyətlə bitirən məzunlar çıxış ediblər və keyfiyyətli tədris, göstərilən diqqət və qayğıya görə bir daha  kursun müəllim və rəhbər heyətinə minnətdarlığını bildirdilər.

Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli və azərbaycanlı məzunlarla sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31