Sülhməramlılar Qarabağda “ərik biznesi” qurublar - Zohrabyan
7 İyul 2023 17:40 SiyasətRusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olurlar.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, Armenpress-in məlumatına görə bu sözləri Ermənistan parlamentinin sabiq üzvü Naira Zohrabyan jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən sabiq deputat fikrinin davamında bildirib ki, Ermənistandan və Qarabağdan olan bəzi iş adamları sülhməramlılarla birgə monopoliya qurublar.
N.Zohrabyan bildirib: "Onlar Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və bir kiloqram əriyi üç min dramdan sata bilirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31