Prezident: Tiranada səfirliyimizin açılması əlaqələrimizin inkişafı üçün güclü iradənin mövcudluğunu göstərir

Bizim indi Tiranada səfirliyimizin olması məni çox sevindirir. O, artıq fəaliyyətə başlayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu, ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün çox güclü qarşılıqlı siyasi iradənin mövcud olduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31