İşğaldan azad edilən ərazilərin işğaldan azad ediləcəyi ilə bağlı ümummilli liderin söylədiyi fikirlər Azərbaycan üçün bir yol xəritəsi oldu - ÖZƏL
7 İyul 2023 13:54 Siyasət"Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Onun milli-mənəvi irsinin öyrənilməsində bu ilin "Heydər Əliyev İli" elan edilməsi xüsusi əhəmiyyət daşıyır".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Təbii ki, uzun tarixi dövr ərzində onun Azərbaycana rəhbərlik etməsi Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Cənab Prezident İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev İli" elan etməsi əslində onun mənəvi dəyərlərinin öyrənilməsi üçün bir imkan tanımış oldu. Bilirik ki, Azərbaycanın işğaldan azad edilən ərazilərinin mütləq işğaldan azad ediləcəyi ilə bağlı zamanında ümummilli liderin söylədiyi fikirlər Azərbaycan üçün bir yol xəritəsi oldu. Bu nə xoş bir hal ki, 2023-cü il "Heydər Əliyev İli" zamanında Azərbaycan torpaqları işğaldan azad edildi. Yəni, artıq Azərbaycan azaddır, 2020-ci ildə azad oldu və 2020-ci ildən artıq azad Qarabağda və Azərbaycanın ürəyi olan Şuşada bunu qeyd etmiş olduq. Düşünürəm ki, gələcəkdə gələcək nəsillərimiz əlimizdə olan materiallar və imkanlarla Heydər Əliyevin 100 illiyi, daha sonra isə 150-200 illiyinin qeyd edilməsi ilə belə tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi, onun xatirəsinin yad edilməsi, həm də dövlətçiliyin yad edilməsi kimi də dəyərləndirilə bilər".