Heydər Əliyev irsinin araşdırılması böyük elmi potensial tələb edir - ÖZƏL

"Ümummilli lider Heydər Əliyev 80 ildən çox ömür yaşayıb və onun ömrünün yarıdan çoxu demək olar ki, dövlətin və dövlətçiliyin qorunması istiqamətində davam etdirilib".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, milli-mənəvi dəyərlərə bağlılığı var. Bunların hamısı önəmlidir. Bu gün onun milli-mənəvi dəyərlərlə bağlılığı və irsi araşdırılır və bu ölkəmizin gələcəyi baxımından önəmlidir. Çünki belə şəxsiyyətlər hər ölkənin taleyinə qismət olmur. Az-az dövlətlər və xalqlar var ki, onların belə liderləri yetişir. Onu təbii ki, xalqlar yetişdirir və zamana uyğun olaraq yetişir, ortaya çıxır. Bu baxımdan düşünürəm ki, onun araşdırılması böyük elmi potensial tələb edir və həm də dövlətçiliyin və dövlətin tarixinin araşdırılması kimi xarakterizə edilə bilər. Çünki bilavasitə dövlətlə iç-içə olan bir şəxsiyyətin milli-mənəvi dəyərlərə bağlılığı, onun irsinin öyrənilməsi elə həm də dövlətin öyrənilməsidir. Çünki uzun illər dövlətin qurulması, inkişaf etdirilməsi, dövlətin varlığının qorunması sahəsində təməli praktiki addımlar atmış şəxsin zəng dövlətçilik təcrübəsi var. Bu həm də xalqımız üçün gələcəkdə dövlət idarəetmə sisteminin necə formalaşdırılıb, daha da təkmilləşdirilməsi baxımından önəmlidir. O baxımdan düşünürəm ki, hələ biz ulu öndərin fəaliyyətini, onun zəngin irsini və onun milli-mənəvi dəyərlərə bağlılığını çox araşdıracağıq. Çünki bu lazımdır, xalqın gələcəyi baxımından önəmlidir və bu həm də bizim milli kimliyimizə birbaşa təsir edən amillərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31