Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı rol müsbət mənada müstəsna xüsusiyyətlərə və dəyərə sahibdir - ÖZƏL

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində özünəməxsus vacib yeri var. Çünki onun istər 1993-cü ildə hakimiyyətə gəlişi dövrü, istərsə də elə XX əsrin 70-ci illərində hakimiyyətə gəlişi dövrü bilavasitə Azərbaycan xalqının çiçəklənməsi üçün vacib əhəmiyyətə malik idi".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"XX əsrin 70-ci illərində də Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan müttəfiq dövlətləri arasında qabaqcıl sıralara keçdi. Eyni zamanda, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi də Azərbaycanın həm beynəlxalq ictimaiyyətdə tanınmasına, həm də özünü möhkəmləndirməsinə şərait yaratdı. Həmin dövrdə təbii ki, müharibə gedirdi. Müharibənin gedişi eyni zamanda, böyük problemlərin olması ilə də yadda qalan hadisə idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi həm qarşıdakı dövrlərdə müharibənin dayandırılması, eyni zamanda, neft müqavilələrinin bağlanması, Azərbaycanın beynəlxalq ictimaiyyətdə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır. O baxımdan düşünürəm ki, Heydər Əliyevin Azərbaycan xalqının, dövlətinin taleyində oynadığı rol danılmaz və müsbət mənada müstəsna xüsusiyyətlərə və dəyərə sahibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31