Azərbaycan dövləti qüdrətli dövlətdir - ÖZƏL

"Azərbaycan özü 30 il ərzində BMT Təhlükəsizlik Şurasında 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu işğalçılıq siyasətindən əl çəkmədi və Azərbaycan özü Azərbaycan ordusunun qəhrəmanlığı ilə buna son qoydu".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra həmin bölgələrə səfərlər edərək, araşdırmalar apararaq, müşahidə etdik ki, orada bizim mədəni irsimiz, mənəvi irsimiz dağıdılıb, məhv edilib. Məscidlər, mədəniyyət ocaqları, tarixi abidələrimiz yerlə yeksan edilib. Bu ancaq Fransanın "bacısı" olan xain xislətli erməni toplumuna məxsus ola biləcək bir hadisədir. Baxmayaraq ki, Azərbaycan qətiyyən istər erməni irsinə qarşı, istər digər millətlərin öz dinlərinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətlərinə qarşı heç vaxt belə aqressiv çalışmalar olmayıb. Amma biz ermənilərdən tam fərqli bir münasibət gördük. Eyni zamanda, insanlarımıza qarşı çox böyük soyqırımlar, qətliamlar, qırğınlar törətdilər. Xocalı, Qaradağlı və s. faciələri, saymaqla bitməz. Ermənilərin vəhşiliyi, vandalizmi, anti-humanist çalışmaları saymaqla bitməz.

O anlamda mən hesab edirəm ki, indi də bunların bu fəaliyyətləri davam edir. Yəni, əvvəlki kimi özlərinin bu qəddarlıqlarını göstərə bilmirlər. Çünki Azərbaycan ordusu artıq çox güclüdür, onlar layiqli cavablarını alırlar. Amma bizim torpaqlarımızı mina, silah-sursat və s. vasitələrlə çirkləndirirlər. İnsanlarımız həlak olur, yaralanır, şikəst olur. Bax budur, bunlar erməni vəhşiliyinin davam etməsinin göstəricisidir. 

Mən düşünürəm ki, Azərbaycan dövləti qüdrətli dövlətdir. Bölgədə, dünyada öz sözünü deməyi bacaran bir dövlətdir. Bu problemlərdən də biz xilas olacağıq. Amma heç bir zaman unutmamaq lazımdır və unutmayacağıq ki, ermənilər hansı xislətə malikdirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31