Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü öz işini uğurla başa vurub
6 İyul 2023 23:09 SiyasətQoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü öz işini uğurla başa vurub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsindəki paylaşımda bildirilir.
"Geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi;
Yekun sənəd;
Bakı Bəyannaməsi;
Ev sahibi olan ölkəyə təşəkkür məktubu;
2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə", - deyə paylaşımda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31