Rusiya sülhməramlıları Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinə himayədarlıq edir

Ermənistanın Azərbaycan ərazisində yerləşdirdiyi qeyri-qanuni silahlı qüvvələrinin son təxribatına Azərbaycan "Qisas-2" əməliyyatı ilə cavab verdi. Ancaq nəzərə almaq lazımdır ki, bu təxribat son deyil və bundan sonra təxribatların artacağını şübhəsizdir. Ermənistan mətbuatının məlumatına görə azı 4 Ermənistan əsgəri məhv edilib. MCP SŞ-nın üzvü, hüquqşünas Vüqar Dadaşov qeyd edib ki, Azərbaycanın keçirdiyi növbəti qisas əməliyyatı öz nəticələri ilə həm hərbi, siyasi-diplomatik müstəvidə və eləcə də informasiya mübarizəsi baxımından Azərbaycanın istək və maraqlarını daha da ciddi addımlarla təmin etməyə çox yaxşı imkan və şərait yaradır: "İlk növbədə qeyd etmək lazımdır ki, məhv edilmiş erməni əsgərlərinin cəsədlərinin BQXK-nin iştirakı ilə Laçın buraxılış məntəqəsindən keçirilərək Ermənistana aparılması, artıq Azərbaycan ərazisində Ermənistana məxsus qeyri-qanuni silahlı qüvvələrin olduğunu sübut edən təkzibedilməz faktdır. Həm də bu fakt onu təkrar-təkrar təsdiq edir ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramları Qarabağda öz məsuliyyət zonalarında Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinə himayədarlıq edir və konfliktin tam həllinə məqsədli şəkildə maneçilik törədirlər. Rusların bu istəyi barədə məlumat açıq bəlli olan həqiqətdir. Bəli, Rusiya indiki, halda xüsusən də Qərbin, ABŞ-ın vasitəçilik missiyasının daha da intensivləşdiyi vaxtda Ermənistanla Azərbaycan arasında və eləcə də Rusiya sülhməramlılarının məsuliyyət zonasında gərginliyin dərinləşməsində, həmçinin 3-cü Qarabağ  müharibəsinə olduqca maraqlıdır. Sözsüz ki, gərginlik və ya genişmiqyaslı müharibə  Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə mane və ya mümkün sülhün Rusiyanın iştirakı və moderatorluğu ilə əldə ediməsi, Qərbyönümlü Paşinyan hakimiyyətinin devrilməsi üçün Rusiya görə ən əlverişli variantdır. Ancaq bu vəziyyətin Rusiya üçün 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyannaməsinin qüvvədən düşməsi ilə bağlı narahatçılığı da var. Bundan sonra Azərbaycanın atacağı addım əlbəttə ki, proseslərin və danışıqların real nəticələrindən asılıdır. Ancaq bəllidir ki, Azərbaycan tərəfi qısamüddətli və nəticəli antiterror əməliyyatlarına üstünlük verir və məqsədinə çatmaq üçün genişmiqyaslı müharibəyə ehtiyac görmür. Bu variantı da ehtimallar sırasından tam çıxarmaq düzgün olmazdı".
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31