Bakıdan Fransaya insan hüquqları ilə bağlı mesaj

Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçirilib. İclasda Qoşulmama Hərəkatına üzv olan 120 ölkədən xarici işlər nazirləri, nazir müavinləri iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev sözügedən toplantıda çıxış edib. Ölkə başçısı çıxışı zamanı bir çox məsələyə toxunsa da Fransa ilə bağlı dedikləri xüsusi diqqət çəkir. Dövlət Başçısı bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".
Politoloq Turan Rzayev qeyd edib ki, ölkə başçısı iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsi məsələsinə toxunub. Dövlətimizin başçısı qeyd edib: "Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı "hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə" çağıran bəyanatını dəstəkləyirik". Məlum hadisə fonunda Fransada etiraz aksiyaları hələ də davam edir. Ümumiyyətlə, bu, Fransada ilk belə hal deyil. Dünyada demokratiya dərsi keçən Fransada islamafobiya, antisemitizm, irqçilik kimi neqativ tendensiyalar sürətlə artmaqdadır. Təsadüfi deyil ki, Fransadakı vəziyyətlə bağlı BMT Parisi "hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə" çağıran bəyanat yayıb: "Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb. Fransa 19-20-ci əsrlərdə dövrün imperialist, kolonialist ölkəsi kimi həm Afrika, həm də Asiya qitəsində insanlığa sığmayan bir çox cinayətə imza atıb. Xüsusilə Cənub Şərqi Asiyada Vyetnam, Kamboçya, Laos, Qərbi Afrika, Əlcəzair, Tunis, Burkina Faso, Mali, Toqo və digər ölkələrdə bilinən və bilinməyən bir çox insanlıq xarici aktları icra edib. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi isə bu ölkənin əsl mahiyyətinin göstəricisidir. Rəsmi Paris bu gün başda Əlcəzair olmaqla soyqırım və insanlıq cinayətləri törətdiyi ölkələrdən üzr istəmək yerinə Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlayır və ziyarətçilərə qürur mənbəyi kimi sərgiləyir. Prezident İlham Əliyev çıxışı zamanı növbəti dəfə Fransa Prezidenti Emmanuel Makronun və Fransa dövlətinin üzr istəməsini qeyd edib. Prezident çıxışı zamanı həm də Fransanın Korsika adasına qarşı etdiyi diskriminasiya və etnik ayrı-seçkiliyə toxunub. Bildirib ki, "Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil". Korsika adası Fransanın ərazi bütövlüyü kimi tanınsa da ada əhalisi fransız deyil. Danışdıqları dilin də fransız dilinə bənzərliyi yoxdur. Korsika adasının sakinləri adanın yerli aborogen xalqıdır. Hətta Korsika adasının sakinləri Avropanın ən qədim sakinlərindən hesab edilir. Bu gün Korsikada baş verən hadisələr separatizm deyil. Ada əhalisi Fransanın yerli Korsika dilinə qarşı qadağası və ada sakinlərinə qarşı edilən ikili standartlardan narahatdır. Məhz buna görə də ada sakinləri öz müqəddəratlarını təyin etmək istəyirlər: "Fransa öz ərazi bütövlüyü daxilində olan bir adanın yerli sakinlərin dilinə, mədəniyyətinə hörmət etməyib qadağalar tətbiq etdiyi halda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Halbuki Azərbaycanda heç bir etnik azınlıq ayrı-seçkilik edilmir. Mədəniyyətlərini, dinlərini yaşatmaları üçün lazımi imkanlar tanınır. Əslində bu hal bir daha onu göstərir ki, Fransa insan haqları, azadlıqlar, demokratiya kimi dəyərləri öz imperialist maraqları üçün istifadə edən nekoloniolost imperialist faşist Vişi hökumətin davamçısıdır".
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31