2020-ci ilin noyabrında əldə edilən  möhtəşəm qələbinin əsası 15 iyunda qoyulub - ÖZƏL

"2020-ci ilin noyabrında əldə edilən  möhtəşəm qələbinin əsası məhz 15 iyun - Qurtuluş Günü qoyulub". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Zamir Hüseynov səsləndirib. Bildirib ki,  ona görə də xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür: "Bu tarixi günün qəhrəmanı isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində müstəsna rol oynayan, dövlətçiliyimizin inkişafının sarsılmaz təməllərini qoyan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir".

Hakim partiya rəsmisi deyib ki, artıq 30-cu ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü xalqımızın şanlı tarixlərindən biri və müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir, desək, yanılmarıq: "Ona görə ki, 15 İyun - Azərbaycanın müstəqilliyinin, xalqın xilasının, dövlətçiliyimizin müqəddəratının həll olunduğu tarixi bir gündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31