“İşinizi zamanın bugünkü tələblərinə uyğun qurmalısınız” - Spiker baş redaktora çağırış etdi
13 İyun 2023 13:09 SiyasətParlamentin sədri Sahibə Qafarova "Azərbaycan" qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqovun qəzetin maliyyə problemi ilə üzləşməsi barədə fikirlərinə münasibət bildirib. Olaylar-ın məlumatına görə, Sahibə Qafarova vurğulayıb ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub: "Sizinlə də bu barədə danışılıb. Ancaq Siz işinizi zamanın bugünkü tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da Sizinlə danışıb".
Qeyd edək ki, Bəxtiyar Sadıqov sistemli pul ayrılmasa, "Azərbaycan" qəzetin fəaliyyətini dayandıracağını deyib. Baş redaktor əlavə edib ki, qəzet Milli Məclisin orqanıdır, lakin yardım üçün müraciət etsə də, Milli Məclisdən müsbət cavab ala bilməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31