Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının siyasi-ideoloji xəttin alternativi yoxdur
13 İyun 2023 12:25 Siyasət"Qərbi Azərbaycanda soyqırımına məruz qalan tarixi-mədəni irs bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyonluq Azərbaycan xalqının hər bir nümayəndəsinin mədəni irsidir və o irsin dirçəldilməsi hər birimizin borcudur. Bunlar Qərbi Azərbaycan İcmasının bundan sonrakı fəaliyyətində mütləq nəzərə alınacaq". Olaylar xəbər verir bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib: "24 dekabr 2022-ci il tarixdə cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi və buradakı möhtəşəm çıxışı zamanı verdiyi tapşırıq əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir və bu siyasi-ideoloji xəttin alternativi yoxdur. Bu, ilk növbədə tarixi ədalətin bərpası, ata-baba yurdlarından qovulmuş qaçqın soydaşlarımızın öz doğma ocaqlarına qayıdıb yaşamaq kimi təməl hüquqlarının təmin edilməsi məsələsidir".