"Qazilərin də heç olmasa “bir abbasi”lərini verin" - Deputat
13 İyun 2023 12:21 Siyasət"Qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı". Olaylar xəbər verir bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar iclasında deyib: "Həmişə müdafiə etdiyim qazilərin "bir abbasi"sinin verilməsini xahiş edirəm. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Bununla onların rifah halını yaxşılaşdırmaq olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31