Ərdoğanın qələbəsi bəşəriyyətə daha əhəmiyyətli töhfələr verəcək
13 İyun 2023 12:01 Siyasət"Böyük güclərin üzərində möhtəşəm qələbə qazanan Ərdoğan yeni güclə Türkiyə xalqının və türk dünyasının iradəsinə söykənərək bəşəriyyətə daha əhəmiyyətli töhfələr verəcək. Etiraf edim ki, Ərdoğanın qələbəsi tək Türkiyə xalqının deyil, eləcə də türk dünyasının və regionda sülhü və əmin-amanlığı dəstəkləyən hər bir bəşəri dəyərlərin özünə ifadə edən insanın qələbəsi kimi dəyərləndirilməlidir". Olaylar xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha doğma vətəninə, türk dünyasının tacı olan Azərbaycana gəlib. Onun hər gəlişi ölkəmizə böyük sevinc gətirir, gücümüzə güc qatır, niyyətlərimizi stimullaşdırır. Bu, tamamilə fərqli səfərdir".