Deputat Qarabağ əlillərinin cərimələrinin silinməsini təklif edib
13 İyun 2023 11:28 Siyasət"Birinci və ikinci Qarabağ müharibəsi əlillərinə yol hərəkəti qaydalarının pozulmasına görə yazılan cərimələr silinsin!" Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar İskəndərov deyib. Deputat bildirib ki, birinci və ikinci Qarabağ müharibəsi əlillərinə verilən avtomobillər texniki baxışdan keçirilmirdi. Onlar bunu fürsət bilərək yazılan cərimələri ödəməyiblər: Təklif edirəm ki, onlara yazılan cərimələr silinsin, daha sonra qanun pozuntusuna yol verilərsə, bu cərimələr tələb edilsin. Çünki ötən illər ərzində bu cərimələr artıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31