Ulu Öndərin inkişaf strategiyası uğurla davam etdirilir - ÖZƏL
13 İyun 2023 09:10 Siyasət"1991-1993-cü illəri ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasər komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, Ulu Öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdi: "Bu inkişaf strategiyası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildi. Bugün isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31