Ulu Öndər Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi - ÖZƏL

"Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, bayramların bayramıdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir: "Hakimiyyət böhranının 1993-cü ilin iyununda kulminasiya nöqtəsinə çatdığından söz açan Araz Xudadanov bildirib ki, Ulu Öndər Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi, Azərbaycanın bugünkü iqtisadi uğurlarının, iqtisadi rifahının bünövrəsi məhz o zaman qoyuldu, iqtisadiyyatımız böhrandan qurtularaq yüksəlişə qədəm qoydu, ordumuz silahlı dəstələrə bölünməkdən qurtularaq gücləndi, müzəffər orduya çevrildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31