Heydər Əliyevin yürütdüyü siyasət ona xalq sevgisi qazandırmışdı - ÖZƏL

"Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dönəmində Azərbaycan keçmiş Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə ilk sıralarda qərarlaşmışdı. Azərbaycan donor respublika səviyyəsinə yüksəlmiş, sənaye və kənd təsərrüfatı sahələrində möhtəşəm uğurlar əldə edilmişdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, bütün bunlarla bərabər, Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparması da bu dahi şəxsiyyətə xalq sevgisi qazandırmışdı: "Digər mühüm amil isə Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlı idi. Belə ki, həmin vaxt Naxçıvan həm Ermənistanın, həm də ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Muxtar respublika blokada şəraitində yaşayırdı. Belə bir  mühitdə-sosial problemlərin ağırlığı altında əhali Heydər Əliyev amilini nəzərə alıb bütün çətinliklərə sinə gərirdi. Digər  tərəfdən, erməni faşizmi də muxtar respublikada öz istəklərinə nail ola bilmirdi. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Lakin buna baxmayaraq, dahi şəxsiyyətin rəhbərliyi ilə əhali Naxçıvanı qoruya bildi, ayrı-ayrı vaxtlarda düşməni yerinə oturtmağa nail oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31