İtaliyadakı səfirimiz etimadnaməsini BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbərinə təqdim edib

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov etimadnaməsini BTM-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeynə təqdim edib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

"Bu gün mən Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn ilə görüşdüm və onun Azərbaycanın BMT-nin Romada yerləşən agentlikləri yanında daimi nümayəndəsi kimi etimadnaməsini təqdim etdim", - deyə səfir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31