Ərdoğanın Azərbaycana bu dəfəki səfəri xüsusi əhəmiyyət kəsb edir - ÖZƏL

"Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfərləri həmişə coşqu və sevinclə qarşılanıb. Sabahkı səfərin də belə olacağı şübhəsizdir". Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, həlledici seçkilərdən qalib çıxmış R.T.Ərdoğanın Azərbaycana bu dəfəki səfəri isə xüsusi əhəmiyyət kəsb edir:

"Seçki marafonu hər kəsin yaddaşındadır. Azərbaycanın seçkilərdəki mənəvi dəstəyini hər kəs gördü. Bu baxımdan sabahkı səfəri Azərbaycan xalqının da qələbə çaldığı bir seçkinin qalibinin səfəri kimi dəyərləndirməliyik. Bu, əsl bir millət, iki dövlət fəlsəfəsinə uyğun səfərdir". 

Azər Qasımov deyib ki, görüşdə seçkilərə qədər planlaşdırılan məsələlər və onların davam etdirilməsi yolunda atılacaq addımların müzakirəsi olacağı şübhəsizdir: "Bura TDT-nın möhkəmləndirilməsi, hərbi sənayenin inkişafı, enerji layihələri, zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın dəstəyi və ən əsası isə Ermənistanla əlaqələrin gələcəyi məsələsi müzakirə predmeti olacağı proqnoz ediləndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31