MN: Ermənistanın yaydığı məlumat tamamilə yalandır
12 İyun 2023 16:15 SiyasətMüdafiə Nazirliyindən bildirilib:
İyunun 12-si saat 14:15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31