Azərbaycan və Türkiyəni bir-birindən ayrı təsəvvür etmək mümkün deyil - ÖZƏL

"Türkiyə Prezidenti Ərdoğanın qardaş ölkədə keçirilən seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsinin əsasını əlbəttə ki, ölkə başçısı İlham Əliyev qoydu. Türkiyədə seçki öncəsi Azərbaycan çox fəal şəkildə iştirak etdi, cənab Prezident Türkiyəyə seçki öncəsi iki dəfə səfər edərək Prezident Ərdoğanı seçkidən sonra Azərbaycana dəvət etdi. Bu əslində hər iki ölkənin dərin strateji tərəfdaşlıq əsaslarının və növbəti səfərinin anonsu idi".

Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki,  artıq Türkiyə və Azərbaycan bir-birinə o qədər dərin bağlarla bağlanıb ki, hər iki ölkəni bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir:

"Türkiyənin son 100 illik dövrü çətin sınaqlarla, eyni zamanda bir çox yüksəliş və inkişafla yadda qaldı. Türkiyə regional bir gücə, texnologiya, sənaye, xüsusən hərbi sənayedə bir çox uğurlara və dünya səviyyəsində yeni kəşflərə imza atdı, bütün dünya Türkiyənin yaratdığı bu reallıqlarla hesablaşır və sayğı göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31