Şuşa Bəyannaməsi regionda sülhə yol açır - ÖZƏL

"Tarix boyu Azərbaycan və türk xalqları hər zaman çətin və şad günlərində də bir birinə arxa-dayaq olub. Türkiyə Cümhuriyyəti 1991- ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinə öz dəstəyini, köməyini əsirgəmədi. Türkiyə bir dövlət olaraq bütün beynəlxalq təşkilatları Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Vətən müharibəsində Türkiyə bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi: "Bütün bu dostluğun, qardaşlığın ən yüksək zirvəsi olaraq 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki dövlət arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi imzalandı. Bəyannamənin imzalanması bütün dünyaya Azərbaycan və Türkiyənin dost və qardaş dövlət olması barədə bir mesaj idi. Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin davamlı inkişafına xidmət edəcək. Bəyannamədə Azərbaycan və Türkiyə arasında beynəlxalq aləmdə iqtisadi, siyasi, ordu quruculuğu, təhsil, ticarət sahələrində birgə əməkdaşlıq nəzərdə tutulur. Şuşa Bəyannaməsi regionda sülhə də böyük yol açır, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bəyannamə Qarabağ və Şərqi Zəngəzur üçün iqtisadi münasibətlərin qurulmasına böyük dəstək olacaq. Şuşa şəhəri də daxil olmaqla ətraf kənd və qəsəbələrdə turizmin inkişafı üçün geniş imkanlar yaranacaq. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq və digər iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31