Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkədə hərc-mərclik aradan qaldırıldı - ÖZƏL
12 İyun 2023 11:38 Siyasət"Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkədə hərc-mərclik aradan qaldırıldı".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov səsləndirib. O bildirib ki, Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi:
"Xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti. Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Məhz bu sevgi, xalqadan aldığı dəstək ilə Üummilli Lider Heydər Əliyev hakimiyyəti idarə edirdi".
Natiq qeyd edib ki, Ulu Öndərin hakimiyyəti illərində dövlət idarəçiliyi möhkəmləndirildi, beynəlxalq əlaqələr gücləndirildi:
"Ölkədə aparılan köklü sosial-iqtisadi islahatlar nəticəsində çiçəklənmə dövrü başlandı. Ümumiyyətlə, dövlətimizin daxili və xarc siyasət kursu yenidən müəyyənləşdirildi. Ermanistanla aparılan danışıqların nəticəsi olaraq atəşkəs elan edildi. Xalqımız üçün önəmli olan ictimai-siyasi sabitlik əldə edildi. Bu sabitlik hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə tam qorunur".