Ermənistanda 7 rus bazası tikilib - FOTO
10 İyun 2023 22:31 Siyasət"Qərbyönlü" siyasət yeritdiyi haqda görüntü yaradan "demokrat" Nikol paşinyanın idarə etdiyi Ermənistanda son bir ildə Rusiya FTX və Müdafiə Nazirliyi 7 hərbi baza tikib.
Olaylar.az axar.az-a xəbər verir ki, yeni tikilən hərbi bazaların görüntülərini "Papirus" Teleqram kanalı yayıb.
Görüntülərdə bu bazaların xüsusilə Azərbaycan sərhədinə yaxın, Qərbi Zəngəzurda olması da diqqət çəkir.
Qeyd edək ki, Rusiyaya tənqidləri ilə gündəmə gələn Paşinyan hakimiyyəti hazırda Rusiyanın sanksiyaları dəlməsində müstəsna rol oynayır və bu xidmətləri müqabilində milyardlar qazanır. Bu barədə ABŞ başda olmaqla, Qərb ölkələri dəfələrlə açıqlama yaysa da, hələlik Ermənistana sanksiya gündəmə gətirilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31