Deputatımız Qazaxıstana səfər edəcək
10 İyun 2023 13:30 Siyasət
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iyunun 12-də Qazaxıstanın Almatı şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki, millət vəkili Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində deputatımız, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.
Səfər iyunun 19-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31