Müxalif partiyalar bizi birləşdirmir, əksinə, parcalayir
10 İyun 2023 13:13 Siyasət"Təcrübə və realliq sübut etdi ki, bu gün müxalif partiyalar bizi birləşdirmir, əksinə kicildir, parcalayir. Bütün partiyalar çıxarları ücün bizləri qarşı-qarşıya qoyur". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası (MCP) sədrinini birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, insanlardan özlərinə lazım olana qədər istifadə edir, istədiklərini əldə etdikdən sonra isə "gərək deyilsən" deyirlər: "Partiyalar həmrəylik, birlik, dövlətçilik naminə yox, birincilik, liderlik, şəxsi mənfəət uğrunda mübarizə aparırlar. Partiyalar xaqla işləmək, xalqın arasında olmaq əvəzinə xalqdan uzaqlaşırlar. Əgər bu tendensiya yaxın zamanlarda dəyişməzsə nəticə ağır olacaq. Sovet dönəmindən sonra bu xalqin üzü gülmədi. Yaşlılar, orta yaşlılar o dövrü yaxşi xatirlayirlar. O zaman da çanaq yenə bizim başımızda catlamişdi. Ermənistandan həmyerlilərimizin köçürülməsi, torpaqlarımızın əlimizdən alınması çox da keçmiş zaman deyil. Yeni qurulmuş, müstəqil olmuş ölkəmizdə yenicə ümüdlənirdik ki, yenə də ən ağrılı günlərimiz başladı. Özümüz özümüzlə qarşı- qarşıya gəldik, mübarizəyə qalxdıq. Parlament kürsüsündən ittihamlar, dava-dalaş, hakimiyyətin tez-tez dəyişməsi, beləcə ölkədə özbaşınalıq, xaos başladı. Kütləvi həbslər, fantastik cərimələr, ölkədən didərgin salınmalarla ən çox bizlər, dövlətçi, mübariz, sadə insanlar "mükafatlandırldıq". Ən ağrı qapaz bizlərə dəydi.
Bunun səbəbidir ki, ölkədə islahahatlar aparılmadı, hikkəli liderlərin mənəm-mənəmliyi insanlarımızın həyatını daha da ağırlaşdırdı. Hər kəs düşünürdü ki, vətən müharibəsi qələbəsindən sonra xalq ağ günə çıxacaq. Bazarda qiymət maaşa uyğun olacaq, pensiyalar artacaq, pensiyaçılar yol süpürməyə məcbur olmayacaqlar, uşaqlara uşaq pulu veriləcək, minimum əmək haqqı ilə insan kimi yaşamaq olacaq və daha nələr-nələr xəyal etmişdik. Çox təəssüf, arzular gözlərdə qaldı, xəyallar puç oldu. Müxalifətin dövlət strukturlarında təmsil olunması sözdə qaldı. Məmur özbaşnalığı, kresloya yapışıb qalmaq, insanlara yuxarıdan aşağı baxmaq, yəni heçnə dəyişmədi. Bunlar ona göprə baş verdi ki, qeyd etdiyim kimi, müxalifət səmimi olmadı, müxalifət xaqla olmadı, ola bilmədi, şəxsi mənfəət dövlət, xalq mənfəətini üstələdi. Və hakim partiya vahid güc oldu, rəqibsiz. Rəqabət, nəzarət olmayan yerdə isə, inkişaf olmaz...Nə isə. Gözləyək, bəlkə düzəldi..."