İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib
10 İyun 2023 11:30 SiyasətPrezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah arzulayıram.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31