Türkiyə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində yer alacaq
10 İyun 2023 10:04 Siyasət"Türkiyənin yeni təyin olunmuş xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi E. Blinkenlə Azərbaycan və Ermənistan arasında sülh perspektivini müzakirə edib. Türkiyədə seçkilərdən sonra formalaşan yeni hökumətin dərhal ABŞ -la Azərbaycan və Ermənistan məsələsini müzakirə etməsi, Ankaranın prosesdə yer almasında maraqlı maraqlı olduğunu göstərir. Türkiyə yeni xarici siyasət konsepsiyasında Azərbaycanla Ermənistan arasında real sülhün əldə edilməsində vasitəçi olacaq". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Nikol Paşinyanın Ankarada inaqurasiyada iştirak etməsi, Yerevanın da razılıq verməsi istisna deyil: "Ankaranı Vaşinqtonun vasitəçiliyi ilə prosesdə olması, Rusiyanın real danışıqlar prosesinin pozamsının qarşısını alacaq yeganə amildir. Çünki, Rusiya Qərbin bütün vasitəçiliy missiyasınınn qarşısını alır. Türkiyə Qərblə birgə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında fəal vasitəçi olaraq
Cənubi Qafqazda sülhün əldə edilməsində əsas aktor olması mümkündür. Türkiyə və Ermənistan sərhədlərinin açılmasıda danışıqlar prosesində yer alıb. Qeyd edim ki, Fransanın hazırkı destruktiv siyasətinin qarşısını yalnız Ankara qarşısını ala bilər.Ümumiyyətlə, regionda geosiyasi çağırışlar sülhün əldə olunmasını labüd edir".