Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN rəhbərinin müavininə təqdim edib
9 İyun 2023 23:30 SiyasətAzərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebiynisə təqdim edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyinin "Twitter"dəki paylaşımında deyilir.
"2023-cü il iyunun 9-da Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynisə təqdim edib", - deyə paylaşımda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31