Bütün dünyanın izlədiyi bu qayıdış xalqımızı fəlakətdən xilas etdi - ÖZƏL

"İyunun 9-da ulu öndər Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanın taleyindəki nigaranlığa son qoydu. Bütün dünyanın izlədiyi bu qayıdış xalqımızı fəlakətdən xilas etdi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki,  böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı: "Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi şəxsiyyət Heydər Əliyevin Bakıya gəlişi Azərbaycan xalqında böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməzdən əvvəl ulu öndər Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu görkəmli siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı".

Əli İbrahimov deyib ki, dövlətçiliyimizə qənim kəsilən dairələrin qərarına görə, xaotik proseslərin nəticəsi olaraq Azərbaycan parçalanmalı, sapı özümüzdən olan baltaların rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31