Spikerdən Siyavuş Novruzova irad- “ABŞ-da KQB yoxdur”
9 İyun 2023 13:06 Siyasət"Bu gün bank faizləri hıddindən çox yüksəkdir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat qeyd edib ki, kənd təsərüffatı kreditlərinin faizi də çox yüksəkdir. Ona görə də, bu məsələyə baxılmalıdır: "Vətəndaş üçün elə kredit sistemi yaradılmaldır ki, kiçik sahibkarlıq inkişaf etsin. Bank faizləri aşağı salınmalıdır. 14%-lə kredit əldə edən sahibkar hansı işlə məşğul olmalıdır ki, həm krediti qaytarsın, həm də qazanc əldə etsin. Eyni zamanda bununla işçi saxlamaq olmaz. Hesab edirəm ki, ölkədə bank faizləri aşağı salınmalıdır. Amerikada bankın kredit faizi çox olanda isə onunla KQB məşğul olur. Araşdırırlar ki o silah satır ya narkotik".
Deputat pul dəyişmə məntəqələrinin bağlanmasından da danışıb: " Pul dəyişmə məntəqələrinin sayı azdır və həftənin şənbə, bazar günləri işləmirlər. Bu düzgün deyil. Çünki biz bununla qara bazarın metroda, parklarda, dayanacaqlarda pul dəyişilməsi kimi hallara yol açırıq".
Spiker Sahibə Qafarova deputata xitabən deyib: "Təkliflərinizi yazılı şəkildə verin. Ancaq ABŞ-da KQB yoxdur"